Yuxarı

İntihar körpüsünə çıxan şəxs həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İntihar körpüsünə çıxan şəxs həbs edildi

Bir müddət əvvəl Bakıda "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyən Fəqan Nəsibov həbs edilib.

APA-nın məlumatına görə, bu gün Yasamal Rayon Məhkəməsində F.Nəsibov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, vətəndaşa qarşı 10 min manat miqdarında dələduzluqda təqsirləndirilir.

Qeyd edək ki, F.Nəsibov avqustun 21-də saat 11:00 radələrində intihar məqsədilə "Koroğlu" metrosuna yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxıb. O, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevdən şikayət edərək bildirib ki, icra başçısı onun 65 min manat pulunu mənimsəyib.

Onu Fövqəladə Hallar Nazirliyinin xilasediciləri körpüdən düşürüblər. Fəqan Nəsibov Baş Prokurorluğun əməkdaşlarına təhvil verilib. Bundan sonra F.Nəsibov Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.

F.Nəsibovun müraciəti Baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Tarix
2014.12.04 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycanla AB arasında münasibətlərdə yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla