Yuxarı

Rektorla əlbir olan dekana cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rektorla əlbir olan dekana cinayət işi açıldı

Azərbaycan Beynəlxalq Universitetinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işinin materiallardan həmin universitetdə dekan vəzifəsində işləmiş İsmayıl Məmmədovun barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, istintaq zamanı universitetin Dövlət və bələdiyyə idarəetməsi, Tarix və ictimaiyyət fakültələrinin dekanı vəzifəsində işləmiş İ.Məmmədovun Elşad Abdullayev və qeyriləri ilə qabaqcadan əlbir olub külli miqdarda rüşvət almaq məqsədi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən ayrı-ayrı şəxslərin Ukrayna və Rusiya Federasiyasının müxtəlif ali təhsil müəssisələrində təhsil almaları barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədləri tərtib edərək Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinin müxtəlif fakültələrinə II kursdan köçürülmələrini aparmaqla həmin şəxslərdən 68 min 300 manat məbləğində pulu rüşvət kimi almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hazırda Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru E.Abdullayev və qeyriləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2014.12.09 / 17:45
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev bu mərkəzin açılışında iştirak etdi

İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla