Yuxarı

Prezidentin qovduğu hakimin yerinə təyinat yoxdur – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin qovduğu hakimin yerinə təyinat yoxdur – Özəl

İlham Əliyevin vəzifəsindən azad etdiyi Qazax Rayon Məhkəməsinin hakimi Elnur Cəbiyevin yerinə hələ heç kim təyin edilməyib.

Bu barədə Axar.az-a Qazaxdakı etibarlı mənbədən məlumat verilib.

Mənbə onun səlahiyyətlərini Qazax Rayon Məhkəməsinin sədri Məhərrəm Allahverdiyevin icra etdiyini bildirib.

Qeyd edək ki, noyabrın 18-də Prezident İlham Əliyev Qazax Rayon Məhkəməsinin hakimi Elnur Cəbiyevi işindəki kobud nöqsanlara görə vəzifəsindən azad etmişdi. Bundan öncə isə E.Cəbiyev 14 fevral 2009-cu ildə Məhkəmə Hüquq Şurası tərəfindən işindəki nöqsanlara görə cəzalandırılaraq, Astara Rayon Məhkəmə sədri vəzifəsindən çıxarılmışdı. Elnur Cəbiyev 2000-2007-ci illərdə Füzuli-Qubadlı Hərbi Məhkəməsinin hakimi, 2007-2009-cu illərdə Astara Rayon Məhkəməsinin sədri, 2009-2011-ci illərdə Neftçala Rayon Məhkəməsinin hakimi, 2011-2014-cü illərdə Qazax Rayon Məhkəməsinin hakimi kimi çalışıb.

Onu da xatırladaq ki, hazırda Elnur Cəbiyevin vəzifəsini yerinə yetirən Qazax Rayon Məhkəməsinin sədri Məhərrəm Allahverdiyev bundan öncə Xaçmaz Rayon Məhkəməsinin və Şirvan Apelyasiya Məhkəməsinin hakimi işləyib.

Tarix
2014.12.11 / 09:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla