Yuxarı

Nobel prospektində piyada keçidi tikilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nobel prospektində piyada keçidi tikilir

Nobel prospektində piyadalar üçün yeni yeraltı keçid tikilir.

"Azəryolservis" ASC-dən Axar.az-a verilən məlumata görə, "Bakı Ağ şəhər" layihəsi çərçivəsində paytaxtın Nobel prospektinin Xaqani Rüstəmov küçəsi ilə kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi davam etdirilir.

Layihəyə görə, piyada keçidinin dörd giriş-çıxışı olacaq. Çıxışlardan biri "Ağ şəhər"ə, digəri Azərbaycan Boks Federasiyasına, qalan ikisi isə dənizkənarı park istiqamətinə açılacaq. Keçiddə hər tərəfində 2-si olmaqla 8 eskalator quraşdırılacaq.

Yeraltı piyada keçidinin uzunluğu 280 metr, eni 8 metr, hündürlüyü isə 3,2 metr nəzərdə tutulub. Keçidin Boks Federasiyasına olan çıxışı bəzək işləri istisna olmaqla hazırdır. Dənizkənarı park istiqamətində isə işlərin 50 faizi artıq yekunlaşıb.

Tarix
2014.12.17 / 16:41
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla