Yuxarı

“Sevil” sakinlərinə şad xəbər: Problem həll oluna bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sevil massivi" Mənzil Tikinti Kooperativinin (MTK) müştərilərinin etirazı öz nəticəsini verib.

Axar.az-a mötəbər mənbədən daxil olan məlumata görə, massivin inşası davam edəcək.

Mənbənin sözlərinə görə, zərərçəkənlərin aldıqları torpaq sahələri qanuniləşdiriləcək və kreditlə torpaq alan üzvlərin hüququ bərpa olunacaq:

"Hazırda həmin ərazidə infrastruktur demək olar ki, hazırdır. ərazidə onlarla tikinti başa çatıb. Bundan başqa, ərazinin yaşayış məskəninə uyğunluğu və yolların əlverişli olması massivin inşasına əsas verir. Buna görə də massivin bağlanması düzgün olmazdı. Həmin ərazinin başqa bir şirkətə verilməsi ilə məsələ həll oluna bilər. Yəni digər bir tikinti şirkəti həmin ərazidə sakinlər üçün kreditlə ev tikərək narazı sakinlərin tələbi yerinə yetiriləcək. Bu barədə müzakirələr gedir və yaxın zamanda məsələ öz həllini tapacaq".

Qeyd edək ki, bir müddət əvvəl "Sevil massivi" MTK-nın təsisçisi Aynur Zeynalov və həmin kooperativin direktoru həbs olunublar. Hər iki şəxs qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınmada ittiham olunur.

Baş Prokurorluğun məlumatına görə, Vergilər Nazirliyi "Sevil massivi" MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayınma faktını aşkar edib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Məlumata görə, şirkət rəhbərləri 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməyiblər. O cümlədən, onlar xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub 100 min manata yaxın gəlir əldə etməkdə ittiham edilirlər. İstintaq hesab edir ki, "Sevil massivi" MTK-nın məsul şəxsləri həm bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, həm də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edib və vətəndaşlara faizsiz kreditlə satıblar.

Tarix
2014.12.18 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla