Yuxarı

İmtahanların ikinci mərhələsi başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 40234 şagird üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib.

DİM-dən Axar.az-a verilən məlumata görə, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyunun 10-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.

Qeyd edək ki, imtahan ilə əlaqədar şagirdlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Şagirdlər Apellyasiya Komissiyasına 10–12 iyun 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Tarix
2019.06.09 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla