Yuxarı

Leyla Əliyeva yeni şeirini paylaşdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva yeni şeirini paylaşdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi İnstaqram hesabında paylaşıb.

Kult.az həmin paylaşımı təqdim edir:

Hər şey bir andaca dəyişə bilir,

İlahi, kömək ol, mən tələsməyim.

Bu həyat sanki bir yuxu kimidir,

Elə et, bu ömrə vurula bilim.

Elə et, sevinci, kədəri sevim,

Küləyin sığalın hiss edə bilim.

Göz yaşı acısın, oyanış dadın

Duyum, boş sözlərə vaxt itirməyim.

Qorxunu, şübhəni qəlbimdən silib,

Sonsuz sevmək üçün Sən cəsarət ver.

Bu ömrü qəfildən bitəcək bilib,

Nə olar, tələsmə… bir az fürsət ver.

Bilirəm, hər zaman sən yanımdasan,

Yalan tanımayan o gözlərinlə.

Cəhənnəm sandığım sonsuz boşluqdan,

Bir lal ruh gizlicə hayqırar, inlər.

Bilirəm, nə dünən, nə də sabah var,

Gəl məni zamanın əlindən qurtar.

Şeiri mən yazım, müəllif Sən ol,

Göstər, insan kimdir, nələr yaradar!

Tarix
2026.07.11 / 14:36
Müəllif
Kult.az
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla