Yuxarı

Süni intellektdən istifadə edərək ailəsini qətlə yetirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süni intellektdən istifadə edərək ailəsini qətlə yetirdi

ABŞ-da 17 yaşlı oğlan süni intellektdən istifadə edərək ailəsini qətlə yetirib.

Axar.az Unikal-a istinadla xəbər verir ki, hadisə Massaçusets ştatının Akton şəhərində qeydə alınıb.

Belə ki, 17 yaşlı Arjun Aravind anası, 45 yaşlı Sudha Venkatesanı və 14 yaşlı qardaşı Siddharth Aravindi amansızcasına öldürüb. Həyat yoldaşı ilə əlaqə saxlaya bilməyən kişi polisə məlumat verib. Çox keçmədən polis Aravind ailəsinin evinə baxış keçirib və dəhşətli mənzərə ilə qarşılaşıb.

Evə daxil olan Akton polisi Siddharthın cəsədini zirzəmi pilləkənlərinin üstündəki birinci mərtəbədə, Sudha Venkatesanın isə zirzəmidə tapıb. Hər iki zərərçəkmişdə ağır travma əlamətləri müşahidə olunub.

Hadisə yerində şiddətli mübarizənin əlamətləri və qanlı dəlillər tapılıb. Polis evin böyük oğlu Arjun Aravindin axtarışına başlayıb. Məlum olub ki, cinayətləri törədən Aravind hadisədən sonra anasının maşını ilə evdən çıxıb. Polis onu saxlayıb və avtomobildən qətllə əlaqəli ola biləcək dəlillər çıxıb.

Ölümün səbəbi və istifadə edilən silahlar hələ də məhkəmə-tibbi araşdırma altındadır.

Middlesex Rayon Prokuroru Marian Ryanın sözlərinə görə, Aravind qətllərdən əvvəl, o cümlədən hadisənin baş verdiyi gün internet və süni intellekt vasitəsilə ailəsinin qətlləri haqqında "nəzəri fikirlər və ya fantastik hekayələr" araşdırıb.

Prokuror bildirib ki, gənc oğlan "Qotik romanlar" üslubunda hekayələr sifariş edib, personajlar yaradıb və süni intellektə "Əgər bu baş verərsə, necə olacaq?" kimi suallar verib.

Yeniyetmə məhkəmə qarşısına çıxarılıb. Proses davam edir.

Tarix
2026.08.14 / 16:11
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla