ADSEA sədri Lənkəranda vətəndaşlarla görüşdü
15:50
| Ana səhifə Planet |
|
ABŞ Yaponiyanın Kuril adaları üzərində suverenliyini tanıyır.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Yaponiyadakı səfiri Corc Qlass deyib.
“ABŞ ən vacib müttəfiqinə dəstəyini qətiyyətlə davam etdirir və Yaponiyanın şimal əraziləri üzərində suverenliyini tanıyır. ABŞ-Yaponiya ittifaqı Hind-Sakit Okean bölgəsində rifahı təşviq etməyə çalışır və buna görə də Vaşinqton sülh və sabitliyi pozan hərəkətlərə imkan verməyəcək”, - səfir bildirib.
Qeyd edək ki, Yaponiya Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının mübahisəli İturup adasına səfərini qınamış və etiraz bəyanatları səsləndirmişdi.
|
Tarix
2026.08.14 / 14:56
|
Müəllif
Axar.az
|