1633-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
18:04
| Ana səhifə Planet |
|
Qırğızıstan və Tacikistan bir sıra ərazilərində də kütləvi elektrik enerjisi kəsintiləri baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Kaktus Media” məlumat yayıb.
Məlumata görə, Bişkekin müxtəlif rayonlarında sakinlər elektrik enerjisinin kəsilməsi və fasilələrlə verilməsi ilə bağlı şikayət ediblər.
Düşənbə və Tacikistanın digər bölgələrində də bəzi ərazilərdə elektrik enerjisinin kəsildiyi bildirilib.
Qeyd edək ki, daha əvvəl Qazaxıstanın Almatı şəhəri və Almatı vilayətində də elektrik enerjisinin kəsildiyi barədə məlumat yayılıb.
|
Tarix
2026.08.14 / 17:18
|
Müəllif
Aysel Baxşiyeva
|