Yuxarı

Xərçəngdən əziyyət çəkən müğənnidən təsirli paylaşım

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xərçəngdən əziyyət çəkən müğənnidən təsirli paylaşım

Türkiyəli müğənni Cansevər səhhətiylə bağlı yeni paylaşımı ilə izləyicilərini kövrəldib.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, bir müddətdir leykoz xəstəliyi ilə mübarizə aparan sənətçi Almaniyada müalicəsini davam etdirir. Uyğun donor tapıldıqdan sonra ilik transplantasiyası olunan Cansever hazırda müalicə prosesinin davam etdiyini bildirib.

Xəstəxana otağından video paylaşan ifaçı onu axtaran və vəziyyəti ilə maraqlanan hər kəsə təşəkkür edib.

"Çoxlu mesaj və zəng alıram. Amma səhhətimə görə hər kəsə cavab verə bilmirəm. Danışa bilmirəm, yaza bilmirəm. Daim zərdab və antibiotik qəbul edirəm, demək olar ki, bütün vaxtımı yataqda keçirirəm" deyə, Cansever bildirib.

Müğənni əlavə edib ki, təzyiqi aşağı olur, hərdən hərarəti yüksəlir və müalicəsinin nə qədər davam edəcəyi hələlik məlum deyil.

Cansever sonda sevənlərindən onun üçün dua etmələrini xahiş edib.

Tarix
2026.08.06 / 15:48
Müəllif
Kult.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla