Yuxarı

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri və səfər çərçivəsində Zəngəzur dəhlizi istiqamətində görülən işlər barədə danışdığı geniş müsahibədə bu məsələlərə toxunması, xüsusilə son dövrlər Azərbaycan-Ermənistan arasında aktuallaşan danışıqlar prosesində Azərbaycanın strateji yanaşmasını ortaya qoymuş olur.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Samir Hümbətov Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri və səfər çərçivəsində Zəngəzur dəhlizi istiqamətində görülən işlər haqqında deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi məsələsi İkinci Qarabağ müharibəsindən sonra gündəmə gələn, həm vacib, həm də həlli mühüm əhəmiyyət daşıyan meqa layihədir:

“Ermənistanın bu vaxta qədər vaxtı uzatmasında əsas məqsəd müxtəlif istiqamətlərdən Ermənistana olan təzyiqlərin və yaxud daxildəki narazılıqların aradan qaldırılması idisə, 8 avqust 2025-ci ildə Vaşinqtonda tərəflərin əldə etdiyi razılaşma və sülh müqaviləsinin paraflanması avtomatik olaraq onu deməyə imkan verir ki, artıq qarşıda layihənin həyata keçirilməsi istiqamətində konkret işlər görülür. Təbii ki, Zəngəzur dəhlizinin açılması yalnız dəmir yolu və avtomobil yollarının istifadəyə verilməsi ilə məhdudlaşmır. Burada nəqliyyat-kommunikasiya məsələləri ilə yanaşı, həyati əhəmiyyət daşıyan fiber-optik kabellərin, elektrik xətlərinin və digər vacib kommunal xətlərin çəkilməsi də nəzərdə tutulur. Burada bir tərəfdən Azərbaycanın Naxçıvanla kommunikasiyalarının rahatlaşdırılması, digər tərəfdən isə Şərq-Qərb nəqliyyat dəhlizinin şaxələndirilməsi imkanları yaranır. Bu meqa layihənin həyata keçirilməsi çərçivəsində, təbii ki, neft və qaz kəmərlərinin çəkilməsi də gündəmə gəlir. Bütün bunlar Çinin arzuladığı nəqliyyat layihəsinin reallaşmasının digər qanadını təşkil edir”.

Ekspert bildirib ki, Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynayan regionda yerləşməsi onun strateji əhəmiyyətini artırır:

“Zəngəzur dəhlizi isə bu əhəmiyyəti daha da gücləndirir. Məsələn, hazırda daşınan yüklərin həcmi illik 5 milyon tona qədərdirsə, gələcəkdə Zəngəzur dəhlizinin açılması və intensiv fəaliyyətin həyata keçirilməsi nəticəsində illik daşımaların orta hesabla 30 milyon tona qədər artırılması hədəflənə bilər. Bu isə böyük valyuta axını, təhlükəsizlik amilləri və eyni zamanda Azərbaycanın gələcəyə qoyduğu ciddi investisiya deməkdir. Bunu beynəlxalq ictimaiyyətin də layihəyə göstərdiyi diqqətin göstəricisi kimi qiymətləndirmək olar. Bu baxımdan düşünürəm ki, Zəngəzur dəhlizi layihəsinin reallaşması Azərbaycanın qarşıdakı dövrdə görəcəyi işlərin əsas tərkib hissələrindən biridir. Azərbaycan Prezidentinin “bunu biz özümüz də həyata keçirə bilərik” ifadəsi də o deməkdir ki, Azərbaycan bu layihənin reallaşdırılmasına hazırdır və bu istiqamətdə addım-addım konkret işlər görülür”.

Tarix
2026.08.13 / 16:35
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla