Yuxarı

Keçmiş vitsepremyer alimlərin qurultayına buraxılmadı – Qalmaqal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən Azərbaycan alimlərinin I Qurultayında maraqlı hadisə yaşanıb.

Axar.az xəbər verir ki, Azərbaycan alimlərinin I Qurultayına Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru İzzət Rüstəmov buraxılmayıb. Qapıdan geri qaytarılan professora adının qurultay iştirakçıları sırasında olmadığı bildirilib.

Qurultayada iştirak etməsinə izn verilməyən qocaman professor İ.Rüstəmov geri qayıtmalı olub.

Xatırladaq ki, İ.Rüstəmov 1999-2004-cü illərdə Baki Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib. 2004-cü ildən indiyədək Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiri vəzifəsində çalışır. O, 100 məqalənin, 4 monoqrafiyanın, 7 kitabın müəllifidir.

Həmçinin, qurultaya buraxılmayan professor 1991-ci ildə Akademik S.İ.Vavilov adına medalla, 2007-ci ildə Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Şöhrət ordeni" ilə təltif olunub. 20 elmlər namizədi və 5 elmlər doktoru yetişdirmiş, hazırda 2 nəfərin doktorluq dissertasiyası üzrə elmi məsləhətçisi olan İ.Rüstəmov 1994-1999-cu illər ərzində Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.

Tarix
2014.12.19 / 12:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla