Yuxarı

Xaldanda yol terroru: sürücü diri-diri yandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaldan-Mingəçevir yolunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə hadisə bu gün axşam saat 19:30 radələrində Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində qeydə alınıb.

Şəki rayonu Kiçik Dəhnə kənd sakini, 1964-cü il təvəllüdlü İsmayılov Famil Möhtərəm oğlunun idarə etdiyi 90-XE-438 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını qarşı tərəfdən gələn Mingəçevir sakini 1958-ci il təvəllüdlü Süleymanov Zaman Süleyman oğluna məxsus 60-BH-405 dövlət nömrə nişanlı "KAMAZ" markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində hər iki avtomobil yoldan çıxaraq aşıb. "Mercedes" markalı minik maşınında qəflətən başlayan yanğın qısa vaxtda avtomobilin bütün hissələrini əhatə edib. Əraziyə FHN-nin Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Famil İsmayılov yanaraq dünyasını dəyişib. "KAMAZ"ın sürücüsü Zaman Süleymanov yüngül bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2014.12.19 / 22:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla