Yuxarı

DYP son zənglə bağlı gücləndirilmiş rejimə keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP son zənglə bağlı gücləndirilmiş rejimə keçir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYP), eləcə də rayon Dövlət Yol Polisi Şöbələri "Son zəng" günü gücləndirilmiş iş rejimində çalışacaq.

İdarədən Axar.az-a verilən məlumata görə, təsdiq olunmuş plana əsasən orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vurulub.

Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunur:

"Son zəng günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq".

Bundan başqa, Bakı şəhərinin orta məktəblərin əksəriyyətində həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də rayon yol polisi şöbələrinin əməkdaşları son zəng tədbirlərində iştirak edərkən onlara DYP rəhbərliyinin təbriklərini çatdıracaq, eləcə də yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici təbliğat xarakterli söhbətlərin aparılması nəzərdə tutulub.

DYP valideynlər və məzunların diqqətinə çatdırır ki, son zəng günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürüləcək və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq.

Sürücü və piyadalara tövsiyə olunur ki, yol hərəkəti qaydalarına riayət etsinlər və son zəng tədbirlərinin təhlükəsizlik şəkildə başa çatmasına töhfə versinlər.

Yol polisi bu il orta məktəbi başa vuran bütün məzunları təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır.

Qeyd edək ki, sabah - 14 iyun Azərbaycanda "Son zəng"dir.

Tarix
2019.06.13 / 09:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla