Yuxarı

Nazirlik əmr verdi: müfəttiş-sürücü mübahisəsi başladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik əmr verdi: müfəttiş-sürücü mübahisəsi başladı - Foto

Bu gündən etibarən Bakı kəndlərinə hərəkət edən marşrut xətlərində xaos müşahidə olunur. Metronun "Koroğlu" stansiyası qarşısında dayanan marşrut avtobusları ərazidən kənarlaşdırılır. Marşrutların metronun qabağından yığışdırılmasının səbəbi kimi yolda tıxacların yaranması göstərilir.

Axar.az-ın müxbiri bu gün səhər saatlarında Nəqliyyat Departamenti əməkdaşlarının marşrut sürücülərini metronun qabağından uzaqlaşdırmasının şahidi olub. Nəqliyyat müfəttişləri sürücülərə nazirliyin əmrini çatdırıb və bildiriblər ki, bundan sonra avtobuslar "Koroğlu" körpüsünün yaxınlığında dayana bilər.

Bu da həm sürücülər, həm sərnişinlər tərəfindən narazılıqla qarşılanıb. Çünki metrodan çıxan sərnişin əvvəl avtobusa minmək üçün qısa məsafə qət edirdisə, indi körpüyə qədər piyada getməlidir.

Əməkdaşımızın məlumatına görə, səhər saatlarında sürücülərlə müfəttişlər arasında mübahisə yaranıb. Belə ki, yer dəyişkənliyi intervala təsir edib, sürücülərin iş qrafiki qarışıb. Nəticədə sürücülər arasında anlaşmazlıq yaşanır.

Tarix
2014.12.22 / 14:10
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla