Yuxarı

Nazirlik bələdiyyə sədrini 2500 manat cərimələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik bələdiyyə sədrini 2500 manat cərimələdi

Tullantıların düzgün idarə olunmadığına görə nazirlik tərəfindən bələdiyyə sədri cəzalandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində tullantıların qalaqlandığı və düzgün idarə olunmadığı aşkar edilib.

Faktla bağlı əraziyə cavabdeh Zığ qəsəbə bələdiyyəsinin sədri Kənan Nəsrullayev barəsində protokol tərtib edilib və ona inzibati qaydada 2500 manat məbləğində cərimə tətbiq olunub.

Tullantıların qısa vaxt ərzində təmizlənməsi və gələcəkdə düzgün idarə olunması tələbi ilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Tarix
2019.06.21 / 11:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla