Yuxarı

Geomaqnit qasırğasının səviyyəsi ilə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Geomaqnit qasırğasının səviyyəsi ilə bağlı - Açıqlama

Ötən gün ölkə ərazisində Günəş fəallığı çox aşağı səviyyə təşkil edib.

Şamaxı Astrofizika Rəsədxanasından Axar.az-a verilən məlumata görə, Günəş diski ləkəsiz olub. Bundan başqa, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində güclənmə müşahidə olunub.

Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən sakit olub.

Günəş küləyi parametrlərinin hazırki rejimin qalacağı proqnozlaşdırılır. 13 iyul tarixində isə Günəş küləyinin sakit rejimə geri dönəcəyi gözlənilir.

Proqnoz dövründə (11-12 iyul) geomaqnit sahədə həyəcanlaşmaların davam edəcəyi proqnozlaşdırılsa da, 13 iyulda effektin təsirinin zəifləməsi ilə nisbi sakit şəraitə qayıdacağı istisna edilmir. Maqnit qasırğasının yaranması ehtimalı 11 iyulda 10%-dən, 12 və 13 iyulda 5%-dən aşağı qiymətləndirilir.

Tarix
2019.07.11 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla