Yuxarı

Qubada pomidor və toyuqdan zəhərlənmə... - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada pomidor və toyuqdan zəhərlənmə... - Açıqlama

Ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Quba rayonunun Dəlləkli kənd sakinlərinin vəziyyəti normaldır.

Bu barədə Axar.az-a Quba Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

“Zəhərlənmə diaqnozu ilə xəstəxanamıza müraciət edən şəxslərin hamısı pomidor və toyuq yediklərini bildiriblər. Ehtimal ki, zəhərlənmə də bu səbəbdən baş verib. Hazırda xəstəxanada müalicə alan 5 nəfərin vəziyyəti yaxşıdır. Ola bilsin, bu günün sonuna doğru evə buraxılsınlar”, - deyə o qeyd edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən saytımıza bildirilib ki, Quba rayonunun Dəlləkli kəndində qeydə alınan kütləvi zəhərlənmə faktı ilə bağlı hazırda araşdırma aparılır:

“Agentliyin əməkdaşları tərəfindən həmin şəxslərin qəbul etdikləri qidalardan nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Laborator müayinələr nəticəsində hadisənin qida zəhərlənməsi olub- olmaması müəyyən ediləcək”.

Qeyd edək ki, ötən gün Quba rayonunda Dəlləkli kəndi ərazisində zəhərlənmə hadisəsi baş verib. Hadisə nəticəsində həmin kəndin sakinləri - 1952-ci il təvəllüdlü Zöhrə Ramiz qızı Hüseynova, 2008-ci il təvəllüdlü Bilal Bayram oğlu Ömərov, 2011-ci il təvəllüdlü Ömər Bayram oğlu Ömərov, 1987-ci il təvəllüdlü, Mavigül Mövlud qızı Ömərova və 1988-ci il təvəllüdlü Rəhilə Radixan qızı Ömərova ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Onlara qida zəhərlənməsi və kəskin qastroenterit diaqnozu qoyulub.

Tarix
2019.07.16 / 11:07
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla