Yuxarı

Bakıda azyaşlıya qarşı soyğunçuluq edən şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu ərazisində azyaşlıya qarşı soyğunçuluq edərək onun pulunu ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Axar.az-a verilən məlumata görə, zərərçəkənin valideynləri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə məlumat verərək bildiriblər ki, tanımadıqları şəxs onların övladlarına yaxınlaşaraq əlində olan 5 manat pulu soyğunçuluq yolu ilə alıb.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Rəsul Hüseynov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun bir neçə ay əvvəl paytaxt sakini olan bir qadının pul kisəsini oğurladığı da müəyyən edilib. Həmin vaxt Rəsul Hüüseynov zərərçəkənə 500 manat maddi ziyan vurub.

Faktla bağlı 28-ci polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, oğurluq və soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal RPİ və ya 28-PB-nə müraciət edə bilərlər.

Tarix
2019.07.23 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla