Yuxarı

Azərbaycanlı qanuni oğruların ölümcül savaşı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı qanuni oğruların ölümcül savaşı - Video

39 yaşlı gürcü qanuni oğru Laşa Celadze Belarusdan deportasiya edilib.

ANS-in məlumatına görə, kriminal aləmdə Raça kimi tanınan qanuni oğru İstanbuldan Minskə gələrkən aeroportda saxlanılıb. Gürcü qanuni oğrunun əsas məskəninin Moskva olduğu bildirilsə də o, Minskə hərdən izi itirmək üçün gəlirmiş. Raça bu yaxınlarda ona qarşı Yunanıstanda sui-qəsd təşkil etmiş naməlum şəxsləri ifşa etmək üçün qanuni oğruların toplantısını təşkil etmək istəyirmiş.

Qeyd edək ki, dekabrın əvvəllərində Laşa Yunanıstanda taksi ilə evinə gedərkən iki naməlum şəxs ona hücum çəkmişdi. Onlardan biri ilk olaraq Laşanın sinəsinə bıçaq soxmuşdu. Digəri isə gürcü qanuni oğrunun ürəyindən vurmaq bıçaqla istəyərkən Laşa barmaqlarını itirmək bahasına bıçağı tutaraq zərbənin qarşısını almışdı .Üçüncü zərbə isə qanuni oğrunun boğazındakı klona tuş gəlmişdi. Killerllərin planlarını həyata keçirməyə yaxınlıqdan keçən patrul maşını mane olmuşdu.

Laşa Celadze sui-qəsdin azərbaycanlı kriminal avtoritetlər Nadir və Namiq Səlifov qardaşları tərəfindən təşkil edildiyini güman edir.

Gürcü qanuni oğrunu müdafiə edənlər arasında Dato Ağcabədinski kimi tanınan məşhur azərbaycanlı qanuni oğru Cavid Məmmədov da var. Lotu Quli və Səlifovlarla "müharibə şəraiti"ndə olan Cavid Məmmədov hələ 2008-ci ilin oktyabrında Laşa Celadzeyə "titul" verib. Azərbaycanlı qanuni oğruların da qoşulduğu "müharibə"nin nə ilə nəticələnəcəyi bütün kriminal aləmdə intizarla gözlənilir.

Tarix
2015.01.03 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla