Yuxarı

“Azərbaycanda güclü təzyiq var”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycanda güclü təzyiq var”

"Azərbaycan çempionatına tez uyğunlaşdım. İlk vaxtlar yaxşı maaşım vardı. Hətta ayın ən yaxşı oyunçusu da seçildim".

Qola.az xəbər verir ki, bu sözləri "Bakı"nın sabiq oyunçusu Marius Pena Rumıniyanın "Fanatik" nəşrinə müsahibəsində deyib. Rumıniyalı futbolçu deyib ki, Azərbaycan Premyer Liqasıda uğurlu çıxış etdiyi bir vaxtda zədə alıb, sonra komandada baş məşqçi dəyişikliyi olub:

"Yeni məşqçi mənə etimad göstərmədi. Legionerlərə Azərbaycanda güclü təzyiq var. "Xəzər Lənkəran"la oyundan sonra çoxlu tənqid olundum".

Pena etiraf edib ki, Azərbaycanda karyerasının zirvəsində olan legioner futbolçular oynamırlar:

"Yalnız karyerasında çətin günlər keçirən əcnəbi futbolçular bu ölkəyə gedirlər. Azərbaycanda futbola yaxşı sərmayə qoyulub. Mən "Bakı"nın sahibini görməmişəm. O, az halda bizim hər oyuna gələrdi. Gələndə isə onun üçün ayrılmış skayboksda otururdu".

Marius Pena 2013-14 mövsünda "Bakı"da çıxış edib. O, 30 oyunda 6 qol vurub. Qeyd edək ki, hazırda Rumıniyanın "Konkordia" klubunda çıxış edir.

Tarix
2015.01.04 / 15:56
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla