Yuxarı

Bakı polisindən xəbərdarlıq: Saxta göz yaşlarına inanmayın!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı polisindən xəbərdarlıq: Saxta göz yaşlarına inanmayın!

Əmək qabiliyyəti olan, ancaq işləmək vərdişindən uzaq olan dilənçilərin paytaxtda ictimai təhlükəli əməllərdə - nəzarətsiz qalan azyaşlıların oğurlanması, talama cinayətlərində iştirakçılığı müşahidə olunmaqdadır.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevin Axar.az-a verdiyi məlumata görə, iyun ayında Sabunçu və Binəqədi rayonlarında valideyn məsuliyyətsizliyi ucbatından 3 yaşlı Z.Bağırova, avqustun 15-də 7 yaşlı R.Mirzəyev, bacısı 6 yaşlı M.Mirzəyeva polisin bu istiqamətdə tədbirləri nəticəsində məhz dilənçilərdən aşkar olunub:

"Baş verən hadisələrin oxşar tərəfləri, mahiyyəti, ictimai təhlükəlilik dərəcəsi ilə bağlı aparılan araşdırmalar və təhlillər göstərir ki, onlara qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində şəhər sakinləri həssas olmalı, onların paytaxt küçələrində saxta göz yaşları ilə əl açıb dilənmələrinə inanmamalı, şikəst, xəstə, köməyə möhtac imitasiyalarına məhəl qoymamalıdırlar. Onlar ac, köməyə möhtac olduqları üçün yox, peşələri dilənçilik olduğu üçün əl açırlar. Bu, onlar üçün digər insanları talamağa, yaxud dələduzluq yolu ilə cəmiyyətə yalan sırımağa köklənən əməldir".

E.Hacıyev bildirib ki, onlar dilənçilik adı altında yaşayış evlərinə, mənzillərə, mağazalara, avtomobillərə daxil olmaqla, nəzarətsiz qalan əşyaları talamaqdan belə çəkinmirlər: "Hətta müşahidə olunur ki, dilənçilər küçə ticarəti adı altında əhalinin sıx olduğu yerlərdə, məhəllələrdə dolaşaraq, kilidi bağlamağı unudulan yaşayış yerlərinə daxil olmaqla oğurluqlar edirlər, yaxud fala baxaraq insanları çaşdırır, onların duyğuları ilə oynayırlar. Daha peşəkarları insanlara yaxınlaşaraq “nəsə probleminiz var, nəsə gözləntiniz var”, deyə müraciət edir, “kömək” təklif edirlər. Təbiidir ki, cəmiyyətdə hamının nəsə gözləntisi var. “Vəziyyətdən çıxış yolu var” deyib, müxtəlif magik-dini jarqonlarla insanları ələ almaqla onları talayırlar. Eləcə də onlar sənədsiz və qeydiyyatsız, klassik ənənələrlə doğulan övladlarını digər dilənçilik həyat tərzi keçirən şəxslərə arendaya verir, ödəniş müqabilində qazanc əldə edirlər. Cəmiyyətin azyaşlılara qarşı münasibətdə həssas olduğunu, psixoloji yanaşmanı bilən peşəkar dilənçilər bütün mümkün vasitələrdən istifadə edirlər. Bu barədə əməliyyat yolu ilə polisə daxil olan məlumatlarda vurğulanır ki, azyaşlılarla dilənmək səmərəlidir, bununla onlar gündəlik gəlirlərini daha çox artırırlar. Bayram günlərində isə bu məbləğ üç dəfə artır. Və hamı bilməlidir ki, onlara verilən hər qəpik ayrı-ayrı dilənçi işbazların büdcəsini artırır. Əgər cəmiyyət onlara “nəzir” verməkdən imtina etsə, onların sayının azalmasına təsir etmiş olacaq".

E.Hacıyev ictimaiyyət nümayəndələrini, qeyri-hökumət təşkilatlarını, mətbuatı polisin dilənçilərə qarşı mübarizəsində fəal olmağa və cəmiyyəti məlumatdırmağa, mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasına dəstək verməyə çağırıb.

Tarix
2019.08.17 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla