Yuxarı

Bakıda itkin düşən qız tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda itkin düşən qız tapıldı

İki gün əvvəl Bakının Sabunçu rayonunda itkin düşən qız tapılıb.

Bu barədə Trend-ə itkin düşən 2004-cü il təvəllüdlü Elnarə Əliyevanın atası Vahid Əliyev bildirib. Onun sözlərinə görə, qızı əslində itməyib, sadəcə qohumlarının evinə gedib:

"Elnarə ötən gün artıq tapılıb və evindədir. O, gecə vaxtı evdən çıxarkən nədənsə inciyərək xalasıgilə gedib. Saytlarda elan görən kimi, xalası dərhal polis ilə əlaqə saxlayaraq onun itmədiyini bildirib və daha sonra yaşadığımız evə gətirib".

Xatırladaq ki, 15 yaşlı Elnarə Əliyeva iki gün əvvəl gecə vaxtı evdən çıxaraq geri dönməmişdi. Onun yoxa çıxdığını görən valideynləri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat vermişdilər.

Tarix
2019.08.22 / 13:49
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla