Yuxarı

Naxçıvan qarnizonu qərargah təlimlərinə başladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan qarnizonu qərargah təlimlərinə başladı - Video

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən komanda-qərargah təlimi plana əsasən mərhələlərlə icra edilib.

Təlim çərçivəsində "Həyəcan" siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların ən müasir vasitələrlə idarə olunması praktiki həyata keçirilib. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatları planlaşdırılıb. Praktiki fəaliyyətlərə cəlb edilən bölmələr döyüş atışlarını icra ediblər.

Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində qoşunların fəaliyyəti kompüterlər üzərində məşq etdirilərək komandirlərin döyüşü idarəetmə bacarıqları təkmilləşdirilib.

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub, növbəti təlimlərə hazırlıqla bağlı tapşırıqlar dəqiqləşdirilib. Ümumilikdə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Tarix
2019.08.25 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla