Yuxarı

Həftənin qətl mistikası - Sahil

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həftənin qətl mistikası - Sahil

Bu həftənin krimxronikasında da amansız qətllər var. Nə qədər qəribə də olsa, həftəyə möhürünü vuran dəhşətli qətllərin hər ikisi Sahil adı ilə bağlıdır – Sahil bağı və Sahil qəsəbəsi…

Axar.az xəbər verir ki, yanvarın 6-sı, Bakının Sahil bağında boğazından bıçaqlanaraq öldürülən 1989-cu il təvəllüdlü Həsən Həsənovun qətli gəzdirdiyi itə görə olub. Elçin Çobanov tərəfindən öldürülən H.Həsənovun dostu Orxan Məmmədzadə isə yaralanıb.

E.Çobanov bildirib ki, Həsən iti həyat yoldaşının üzərinə qısqırtdığına görə onu öldürüb.

"İnstitutda oxuyan yoldaşımı götürmək üçün arxasınca getmişdim. İki nəfər qaqaş Sahil bağında iti gəzdirirdi. Yoldaşımın rəfiqələri bizdən qabaqda gedirdi. Bu zaman onlardan biri iti üstünə qısqırtdı. Bundan sonra onlara yaxınlaşıb, bunun nə üçün etdiklərini soruşanda dedi ki, qorxma, dişləməz".

Bundan sonra isə iki nəfərlə əlbəyaxa olan E.Çobanov cibində gəzdirdiyi bıçaqla hər iki şəxsə xəsarət yetirib:

"Sonra onlar başladılar iti dartışdırmağa. Onlardan biri çantasını və gödəkcəsini çıxardaraq məni vurmağa başladı. O an mən özümü itirdim. Bilmədim necə oldu, neyləmişəm, kimi vurmuşam… Peşman da deyiləm. Mənim ailəmə sataşıb. Mən heç kimin ailəsinə sataşmamışam".

***

Yanvarın 8-i isə Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov iki qardaşı güllələyib. Qatil özünə məxsus "Vinçester" markalı odlu silahdan "Leksus" markalı avtomobilin içərisində oturmuş qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb, hadisə yerindən qaçıb.

Hadisənin başvermə ehtimalından biri qısqanclıqdır. Qardaşlardan birinin Tərlanovun həyat yoldaşı ilə tanış olduğu bildirilir. Digər versiyaya görə, qardaşların anası sələmçi olub və qatillə pul üstündə ədavət yaranıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

***

Göygöldə isə Gəncə sakini olan 22 yaşlı Ülvi Əliyev qətlə yetirilib. Onu həmyerlisi, 22 yaşlı Turqut Məmmədov bıçaqla öldürüb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İstintaq aparılır.

***

Zabratda 1969-cu il təvəllüdlü Əzimov Yaşar bacısı Novruzova İzzətxanım, onun həyat yoldaşı Novruzov Yaşar, övladları Faiq və Rəşadı bıçaqlayıb. Ağır bədən xəsarətləri alan ailə üzvləri xəstəxanaya yerləşdirilib.

Bildirilir k, Y.Əzimov bacısını və onun ailə üzvlərini onların yaşadığı evdə bıçaqlayıb. 45 yaşlı Yaşar Əzimovun özünün də həmin evdə müvəqqəti yaşadığı qeyd edilir.

Tarix
2015.01.11 / 15:03
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycan Əfqanıstanda beynəlxalq görüşdə iştirak edəcək

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

Ulu Öndərin qayıdışı ölkəmizin taleyində dönüş anı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla