Yuxarı

İlk ödənişli yolumuz: kafe yox, yanacaq... - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk ödənişli yolumuz: kafe yox, yanacaq... - Açıqlama

Azərbaycanın ilk ödənişli yolu kimi inşa edilən Bakı-Ələt-Astara-İran yolunun keyfiyyəti və rahatlığı sakinləri qane etsə də, yoldan istifadə edən şəxslər yolboyu ərazilərdə yanacaqdoldurma məntəqələri və kafe-restoranların azlığından gileylənirlər.

Onlar sözügedən yolun kənarında bir neçə yanacaqdoldurma məntəqəsi və kafe-restoranın tikilməsinin zəruri olduğunu bildirirlər.

Məsələ ilə bağlı Axar.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Ələt-Astara yolunun üzərində ictimai iaşə obyektlərinin tikilməsi üçün xüsusi yerlər ayrılıb:

“Həmin yol boyu müxtəlif iaşə obyektlərinin inşası ilə AAYDA məşğul olmur. Yol boyu yanacaqdoldurma məntəqələrinin, eləcə də ictimai iaşə obyektlərinin tikilməsi üçün bir neçə hissədə müvafiq yerlər ayrılıb. İnvestorlar özləri həmin ərazidə obyekt tikməkdə maraqlı olmalıdırlar. Bunun üçün şirkət və ya hər hansı qurumların xərc çəkib xüsusi yerlər almasına ehtiyac yoxdur. Sadəcə olaraq şirkətlər və ya qurumlar tikinti üçün icazə sənədlərinin toplanması kimi prosedurlardan keçərək, xüsusi texniki şərtlər əsasında restoran, kafe, yanacaqdoldurma məntəqəsi, avtoservislər və s. inşa edə bilərlər”.

Tarix
2019.09.02 / 13:51
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla