Yuxarı

Quba polislərindən alqışalayiq addım - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quba polislərindən alqışalayiq addım - Foto

Quba rayonunda polislər yaralı ceyranı xilas ediblər.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun İspik kənd ərazisində xidmət aparan zaman meşəlik ərazidə yaralı ceyran görüblər. Dərhal onlar sıx meşəlikdə ölümlə üz-üzə köməksiz vəziyyətdə qalan ceyranı götürərək öz xidməti avtomobilləri ilə Quba Rayon Polis Şöbəsinə gətiriblər.

Burada ceyrana ilk yardım göstərmək üçün əməkdaşlar şöbəyə rayon baytarlıq xidmətinin nümayəndələrini dəvət ediblər. Yaralı heyvana göstərilən bütün zəruri təxirəsalınmaz tədbirlərdən sonra canlının halı yaxşılaşıb. Daha sonra polis şöbəsinin əməkdaşları heyvanın sağlamlığının tam bərpa olunması və yenidən təbiətə qaytarılması üçün onu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil veriblər.

Tarix
2019.09.02 / 16:39
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla