Yuxarı

Velosiped sürmək adı ilə evdən çıxdı və...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Velosiped sürmək adı ilə evdən çıxdı və...

Xaçmaz rayon sakini, 25 yaşlı Cavid Səbzəliyev sentyabrın 8-də yaşadığı evdən velosiped sürmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, gəncin gecə saatlarında evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edib. Polis şöbəsi tərəfindən itkin düşən oğlanın yaxın rayonlara getməsi ehtimalı nəzərə alınaraq, onun tez bir zamanda tapılması üçün ətraf rayonlarındakı polis şöbələrinə məlumat verilib.

Gecə saatlarında Quba Rayon Polis Şöbəsinə C.Səbzəliyevin itməsi barədə daxil olan məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb. Polis əməkdaşları gecə saat 3:30 radələrində həmin şəxsin rayonun Qırmızı qəsəbə ərazisində olduğunu müəyyən ediblər. C.Səbzəliyevin ailəsi rayon polis şöbəsinə dəvət olunub və o, ailəsinə təhvil verilib.

Gəncin valideynləri övladlarının tapılaraq, heç bir zərər görmədən onlara təhvil verilməsinə və axşam saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN rəhbərliyinə və polis əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.

Tarix
2019.09.09 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla