Yuxarı

Hospitalın önündəki metro stansiyası bu tarixdə açılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hospitalın önündəki metro stansiyası bu tarixdə açılacaq

Ceyhun Səlimov küçəsində, Hərbi Hospitalın qarşısında inşa olunan yeni metro stansiyasının 2020-ci ilin sonlarında istifadəyə verilməsi planlaşdırılır.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, stansiyada inşaat işlərinin əhəmiyyətli hissəsi yerinə yetirilib:

“Stansiyanın şərti adı B-03-dür. Yəni “Bənövşəyi xətt”in üçüncü stansiyası. Bu stansiya “Avtovağzal”- “Memar Əcəmi” stansiyanın davamı olaraq istifadəyə veriləcək. Burada yol metro tarixində ilk dəfə olaraq dəmir-beton bloklardan qurulub. Bu bloklar Bakı Metropoliteninin özünün istehsalı olan bloklardır. Taxta şpallarla müqayisədə bu bloklar daha uzunömürlü, səmərəli, keyfiyyətli, qulluğu və istismarı asan, mürəkkəb hidrogeoloji şəraitə davamlıdır. Bundan başqa stansiyanın arxasında dönmə kamerası da inşa olunur və orada da yol infrastrukturu qurulub”.

QSC rəsmisi metro stansiyasının inşasına bir neçə ildir başlanmasına baxmayaraq, hələ də işlərin yekunlaşmamasına aydınlıq gətirib:

“Metro tikintisi ümumiyyətlə digər inşaat işlərindən çox fərqlənir. Xüsusən də Bakının mürəkkəb geoloji, hidrogeoloji şəraitində nəzərə alınmalı məsələlər çox olur. Əlbəttə, yeni texnologiyaların, müasir üsulların tətbiqi ilə bu prosesə yenilik edilir. Bundan başqa, metro tikintisi ixtisaslı və təcrübəli kadrlar da tələb edir. Normativlər, standartlar, hər məsələ üzrə texniki tələblər və sair bu kimi amillər daim diqqətdə və nəzarətdə olmalıdır.

“Memar Əcəmi” və B-03 arasında hətta yol infrastrukturunun ən ağır hissəsi olan dəmir yolunun çəkilməsi başa çatıb. Bu stansiya ilə paralel “Xocasən” deposunun da bir hissəsi qismən təhvil verilməli və qatarlara baxış, texniki qulluq, təmir məqsədilə minimal şərait olmalıdır”.

Bəxtiyar Məmmədov yeni stansiyanın adının “Qarabağ” adlanması ilə bağlı irəli sürülən təkliflərə də münasibət bildirib:

“Stansiyalara adlarının verilməsi Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir və buna xüsusi komissiya baxır”.

Tarix
2019.09.11 / 13:53
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla