Yuxarı

Azərbaycan polisindən nümunəvi addım

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan polisindən nümunəvi addım

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid və aztəminatlı ailələrə diqqət və qayğı daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Daxili işlər orqanlarının əməkdaşları da onlara kömək göstərmək kimi nəcib təşəbbüsə həvəslə qoşulurlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Axar.az-a bildiriblər ki, yeni tədris ili ərəfəsində Şirvan Şəhər Polis Şöbəsində övladları birinci sinfə gedəcək şəhid və aztəminatlı ailələrin üzvləri ilə görüş keçirilib.

Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev dövlətimizin bu qəbildən olan ailələrə göstərdiyi diqqət və qayğını vurğulayaraq, 2001-ci ildə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis edilməsindən, dövlətimizin şəhid ailələrinə daim hörmət və ehtiramla yanaşmasından, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün görülən işlərdən danışıb.

H.Quliyev qarşıdan gələn 15 sentyabr - Bilik Günü münasibətilə məktəbə gedəcək şəhid və aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim edib və onlara yaxşı təhsil almağı, sağlam, idmanla məşğul olmağı, yaxşı mütəxəssis, layiqli vətəndaş kimi böyüməyi arzulayıb.

Tarix
2019.09.12 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla