Yuxarı

Nazirimiz Budapeştdə mükafatlandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirimiz Budapeştdə mükafatlandırıldı

Sentyabrın 12-də Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) mükafatlandırma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə 2018-ci ilin yekununa əsasən müəyyən olunmuş ədalətli oyun mükafatlarının qalibləri iştirak ediblər. Mərasimdə Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimova “Con Borotra” Dünya Ədalətli Oyunlar mükafatı təqdim olunub.

Xatrladaq ki, bu il martın 15-16-da BƏOK-un Budapeştdə keçirilən iclasında İcraiyyə Komitəsi üzvlərinin qərarına əsasən Azərbaycan Ədalətli Oyunlar Komissiyası (AzƏOK) tərəfindən namizədliyi irəli sürülən Gənclər və İdman naziri Azad Rəhimova “Con Borotra” mükafatının verilməsi qərara alınmışdı.

BƏOK ədalətli oyunlar hərəkatını bütün dünyada təbliğ etməklə yanaşı, 1963-cü ildən indiyədək Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir. Bu mükafatlar 4 nominasiya üzrə (“Pyer-de-Kuberten”, “Jak Roqq”, “Con Borotra” və “Villi Daum”) tanınmış idmançılara, idman xadimlərinə, rəsmilərə, KİV nümayəndələrinə və bu sahədə fərqlənən şəxslərə verilir.

Sentyabrın 12-də Budapeştdə, həmçinin Avropa Ədalətli Oyunlar Hərəkatının 25 illik yubileyi də qeyd olunub. Mərasimdə Azərbaycanı Gənclər və İdman naziri Azad Rəhimovla yanaşı, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov və AzƏOK-un üzvü, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev təmsil ediblər.

Tarix
2019.09.12 / 20:03
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili

Qlobal çağırışlar: Azərbaycan diplomatiyasının uğurları...

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla