Yuxarı

Polis rəisi narkotikin zərərlərindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonu Bülbülə qəsəbəsi 208 saylı tam orta məktəbdə “Narkotikə yox deyək, sağlam vərdişlər sağlam gələcəyin əsasıdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımdan mühüm olduğunu bildirib:

“Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir”.

Narkomaniyaya qarşı ölkəmizdə davamlı işlər görüldüyünü, əməli işlər aparıldığını deyən N.Həsənov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir:

“Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçiririk. Bu il Suraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlər təşkil olunub. Narkotik insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə “azalır”, fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ, “cangüdən” rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur".

N.Həsənov onu da vurğulayıb ki, ölkənin ali qanunverici orqanı olan Milli Məclis tərəfindən qəbul edilmiş qanunlara uyğun olaraq dini radikalizmə və erkən nikahlara qarşı geniş tədbirlər həyata keçirilir.

Tədbirdə şagirdlərə narkomaniya əleyhinə bukletlər paylanılıb.

Tarix
2019.09.20 / 16:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla