Yuxarı

Bakıda Ayfon-11-lər satışa çıxarıldı – Qiymətlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Ayfon-11-lər satışa çıxarıldı – Qiymətlər

2019.09.22, 17:16

20 sentyabr tarixindən etibarən ABŞ-da satışa çıxarılan “Əpl” şirkətinə məxsus Ayfon-11 modellərini ayın 21-dən Azərbaycana ilk olaraq “Vest” telekom mağazalar şəbəkəsi gətirib.

“Vest” telekomdan Axar.az-a verilən məlumata görə, ilkin olaraq sözügedən modellərdən bir neçə nümunə təqdim edilib. Telekom nümayəndəsi bildirib ki, 25 sentyabr tarixindən etibarən yeni modellərin satışı üçün kütləvi gətirilməsinə başlanılacaq:

“Ayfon-11 Pro Maks 256 GB-lıq növü gətirilib. İlkin olaraq 3999 manat qiymət müəyyən edilib. Ancaq satış həyata keçirilməyib. Müraciət edən və maraqlananlar çoxdur. Ancaq hələlik real alıcı yoxdur.

Hazırda mağazamızda Ayfon-11-in 64 GB və 256 GB-lıq versiyaları var”.

“AzFon” elektronikdən isə bildirilib ki, hazırda mağazalarında Ayfonun sözügedən modellərindən olmasa da, sifarişini həyata keçirirlər:

“Sifarişlə 1599 manatdan başlayan qiymətlərlə Ayfon-11 modelinin sifarişi həyata keçirilir. Ayfon-11 Pro 64 Gb sifarişlə 2259 manata, Ayfon-11 128 GB-lıq isə 1689 manata gətirilir. Ayfon-11 Pro Maks 64 GB 2439 manata, Ayfon-11 Pro Maks 256 GB isə 2719 manata gətirilir. Məhsul 3-5 iş günü ərzində gətirilir. Telefonun qeydiyyat xərci 150 manatdır, bu isə müştərinin özü tərəfindən həyata keçirilir. Qiymətə qeydiyyat xərci daxil deyil”.

Qeyd edək ki, Bakupost bəzi mağazalarda Ayfon-11 telefonunun 128 GB versiyasının 2899 manata, Ayfon-11 Pro Max telefonunun 256 GB versiyasının isə 3799 manata satıldığı haqda informasiya yayıb.

Qeyd edək ki, Azərbaycanda sözügedən model telefonlar üçün müəyyən edilən qiymətlər ABŞ və Türkiyədə eyni model telefonların satış qiyməti ilə müqayisədə 2 dəfə bahadır. Belə ki, ABŞ-da Ayfon-11-in satış qiyməti 699 dollardan başlayır. Üç arxa kameralı Ayfon-11 Pronun qiyməti isə ilkin olaraq 999 dollar olaraq müəyyən olunub. Ayfon-11 Pro Max isə 1099 dollardan başlayan qiymətlərlə satılacaq.

Qiymətlər yaddaş tutumuna görə dəyişir. Məsələn, Ayfon-11-in 256 GB yaddaşa malik versiyası 849 dollaradır. Ayfon-11 Pro və Ayfon-11 Pro Maks 512 GB yaddaşa malik versiyasının qiyməti isə 1449 dollardan başlayır.

Türkiyə qiymətləri də təxminən bəlli olub. Türk mediasının məlumatına görə, Ayfon-11-in 64 GB-lıq versiyasının qiyməti 7299 lirə, Ayfon-11 Pro 10999 lirə, Ayfon-11 Pro Maks isə 11999 lirə olacaq.

Tarix
2019.09.23 / 11:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla