Yuxarı

Bakıda bu market qarğıdalıdan hazırlanan paket verir – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Araz” supermarketlər şəbəkəsi polietilen məmulatlardan istifadənin azaldılması tədbirləri çərçivəsində bu dəfə müştərilərə qarğıdalı və kartofdan hazırlanan bio-paketlər təklif edib.

Bu barədə Axar.az-a açıqlamasında “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova deyib. O bildirib ki, bio-paketlər 6 aydan sonra cürüməyə başlayır:

“Bu gündən etibarən müştərilərə polietilen paketlərlə alternativ olaraq, bio-paketlər təklif edirik. Bir müddət əvvəl parçadan hazırlanan eko-paketlər təklif etdik və bu layihə maraqla qarşılandığı üçün bu dəfə onun davamı olaraq, tamamilə bio olan paketlər təklif edirik. Görünüşünə görə polietilen paketlərə oxşayan bu paketlər yüz faiz təbiidir, qarğıdalı və kartofdan hazırlanıb. Təxminən 6 aydan sonra bio-paketlər cürüyərək torpağa qarışır. Bu bio-paketlərin qiyməti isə 10 qəpikdir”.

Qeyd edək ki, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qabların və polietilen məmulatların insan sağlamlığına zərərli olması ilə əlaqədar həyəcan siqnalı çalıb və onlardan istifadəni məhdudlaşdıran kampaniyaya başlayıb.

Tarix
2019.10.02 / 15:50
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla