Yuxarı

Milli Məclisdə müzakirə: Bir kişi tapılmadı ki...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Məclisdə müzakirə: Bir kişi tapılmadı ki...

Milli Məclisin bugünkü iclasında deputat Aytən Mustafazadə Binəqədi rayonunda, “Avtovağzal” metrostansiyası yaxınlığında qeydə alınan cinayət hadisəsini pisləyib.

Axar.az xəbər verir ki, deputat uşaqların gözü önündə ərin arvadını qətlə yetirməsini dəhşətli qəddarlıq hadisəsi adlandırıb.

“Biz necə cəmiyyətdə yaşayırıq? Bir kişi tapılmadı ki, ona bir-iki yumruq vursun, cinayətdən çəkindirsin?” - millət vəkili deyib.

Aytən Mustafazadə metroda yoxlamaların ciddi aparılmadığına da münasibət bildirib:

“Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?! Məgər metroda polislər yoxdur?! Onlar hara baxır?! Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə edək. Belə olmaz”.

Xatırladaq ki, Binəqədi rayonunda, “Avtovağzal” metrostansiyası yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevaya uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi endirib. Qadın hadisə yerində həyatını itirib.

Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Tarix
2019.10.08 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla