Yuxarı

Xəzərin üstündən körpü… - Millət vəkilindən unikal təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərin üstündən körpü… - Millət vəkilindən unikal təklif

Xəzər dənizinin üstündən Azərbaycanla Türkmənistanı birləşdirən nəqliyyat körpüsünün inşası mümkündür.

Axar.az xəbər verir ki, bu təklifi millət vəkili Qüdrət Həsənquliyev gündəmə gətirib. Onun sözlərinə görə, bu layihə bir çoxlarına fantastik görünür:

“Amma Çinin “Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində Xəzər dənizi üzərindən Azərbaycanı Türkmənistanla birləşdirəcək avtomobil və dəmir yolu çəkilişi məsələsini aktuallaşdırmaq olar. Bu istiqamətdə Xəzərin eni 196 km, dərinliyi isə ortalama 200 metrdir. Süni adalar yaratmaqla bunu etmək olar. Çinin bu sahədə böyük təcrübəsi var. Avropa İttifaqı, Çin, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan bu layihəyə investisiya qoya bilər. Siyasi baxımdan layihənin əhəmiyyəti çox böyükdür. Heç bir ekoloji problem yaratmır. Texniki baxımdan gerçəkləşdirmək mümkündür. Qalır iqtisadi səmərəlilik məsələsi. Hər halda mütəxəssisləri bu ideyanın müzakirəsinə cəlb etmək lazımdır”, - deyə millət vəkili əlavə edib.

Q.Həsənquliyev həmçinin vurğulayıb ki, Rusiya Transxəzər kəmərlərin çəkilməsinə cəlb edilə bilər:

“Rusiya payçı qismində çıxış etməklə yanaşı, həmin kəmərlərin çəkilişini də həyata keçirə bilər. Rusiya Qara dənizdə və Baltik dənizində belə layihələr həyata keçirir”.

Tarix
2019.10.10 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla