Yuxarı

Bakı muzeyi Ginnes kitabına düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı muzeyi Ginnes kitabına düşdü

İçərişəhərdə yerləşən Miniatür kitablar muzeyi ən çox miniatür kitabların toplandığı muzey kimi Ginnesin Rekordlar kitabına daxil edilib.

Axar.az xəbər verir ki, muzeyin 38 vitrinində dünyanın 66 ölkəsində nəşr edilən 5600-dən çox kitab nümayiş olunur.

Muzeyin yaradıcısı, əməkdar incəsənət xadimi Zərifə Salahova "SalamNyus"a bildirib ki, muzeydə Azərbaycan, rus və dünya ədəbiyyatı klassiklərinin əsərləri, elmi kitablar, incəsənətə, dinə dair nəşr nümunələri geniş şəkildə sərgilənir.

Zərifə Salahovanın sözlərinə görə, muzeyin Ginnesin Rekordlar kitabına daxil olması haqqında müraciət 2014-cü ilin birinci yarısında edilib. Müraciətə iki sərbəst şahidin ərizəsi, fotolar, videoyazılar və digər zəruri sənədlər də əlavə edilib.

Ötən gün Ginnesin Rekordlar kitabının menecerlər komandasından məlumat daxil olub. Məlumatda bildirilir ki, müraciət qəbul edilib və muzey - miniatür kitabların ən böyük kolleksiyasının toplandığı muzey kimi Ginnesin Rekordlar kitabına daxil olunub.

Tarix
2015.01.22 / 23:59
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla