Yuxarı

Azərbaycanda qadın narkotik istifadəçilərin sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda qadın narkotik istifadəçilərin sayı açıqlandı

Azərbaycan Narkoloji Dispanserdə 32 min nəfər qeydiyyatdadır. Qeyri-rəsmi rəqəmlər isə dəfələrlə çoxdur.

Report xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dispanserdə 300 qadın və 50 nəfərə yaxın yeniyetmə qeydiyyatdadır.

Direktor bildirib ki, narkotik istifadəçilərinin, əsasən, 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir: ''Son illərdə isə opioidlərdən istifadə edənlərin ümumi faizi azalıb. Anfetamin və metamfetamin istifadəçilərinin sayı isə çoxalmağa başlayıb. Narkotik istifadəçiləri iynələrdən çox dərman atmağa üstünlük verirlər. Son illərdə narkotikin təsiri ilə kobud psixi halların sayı artıb. Bunu da səbəbi sintetik narkotik maddələrin istifadə edilməsidir''.

Mərkəz direktoru bildirib ki, bəzi məktəblərdə uşaqlar psixotrop dərmanlardan istifadə edirlər: "Psixotrop dərmanlar apteklərdə 3 möhürlü respetlə xüsusi xəstələrə satılır. Amma müxtəlif səbəblərdən o dərmanlar qara bazara çıxıb. Məktəblərdə bu tipli psixotrop dərmanlardan istifadə edir. Qara bazarda hardansa gətirilib satılan metamfetamin dərman deyil, psixotrop maddədir. Bu dərmandan onkoloji, şəkər-diabet, epilepsiya və başqa ağır xəstəliklərdə istifadə edilir. Bu dərmanı başqa məqsədlə istifadə edəndə narkotik təsirini göstərir".

Direktor məktəblilərin energetik içkilərdən istifadəsinin zərərləri ilə bağlı məsələyə aydınlıq gətirib: ''Son aylarda məktəblərdə energetik içkilərdən çoxlu miqdarda istifadə edənlər var. Həftədə 1-2 dəfə istifadə ziyan törətmir. Energetik içkilərin fəsadları gələcəkdə bəlli olacaq. Amma bu içkilərin dolayı ziyanı daha təhlükəlidir. Orqanizm öyrəşir və gələcəkdə uşaqları aktivləşdirici maddələrə meyilləri artacaq. Bu içkiləri qəbul edən uşaqlar elə bilirlər ki, onlar daha aktiv və beyinləri daha yaxşı çalışır. Amma onlar bilməlidir ki, gündəlik 3-4 bankadan artıq qəbul edilirsə bu narkotik effekti verir''.

Tarix
2019.10.15 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla