Yuxarı

Avropa.info hücuma məruz qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa.info hücuma məruz qaldı

Dünəndən etibarən Avropa.info saytı mütəmadi olaraq haker hücumuna məruz qalır.

Bu sözləri Axar.az-a açıqlamasında Avropa.info saytının rəhbəri Ruslan Bəşirli deyib.

Bəşirlinin sözlərinə görə, sayta kiber hücumların mənbəyi də məlumdur.

“Dünən saytın fəaliyyətində 7 saat fasilə yaşandı. Axşam saatlarında saytın fəaliyyətini bərpa edə bildik. Bu gün isə təqribən 30 dəqiqə öncə yenidən hücumlar başladı və saytın fəaliyyəti dayandı. Texniki heyət hücumların Almaniyadan edildiyini deyirlər. Biz bu hücumların Türkiyənin həyata keçirdiyi “Sülh çeşməsi” əməliyatına tam dəstək verdiyimiz üçün həyata keçirildiyini güman edirik . Məlumdur ki, dünəndən etibarən Türkiyənin və “Sülh çeşməsi”nə dəstək verən bir çox ölkələrdə bəzi media resurslarına da eyni tipli hücumlar təşkil edilib. Biz də əməliyyat başlanandan anbaan informasiyalar, video görüntüləri oxucularımıza təqdim edirik. Güman edirik ki, haker hücumlarının səbəbi bu ola bilər. Hücumların mənbəyinin Almaniya olması da bu ehtimalımızı gücləndirir”.

Tarix
2019.10.15 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla