Yuxarı

Qanunsuz aksiyaya imkan verilməyəcək - Bakı polisi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanunsuz aksiyaya imkan verilməyəcək - Bakı polisi

Bakı Şəhər İcra Hakimiyyətinin razılığına əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində mitinqin keçirilməsi üçün münasib yer ayrılıb. Bunun əsasında mitinq təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub və şəhər prokurorluğu ilə birgə qanunun müvafiq tələbləri onlara izah olunub və xəbərdarlıq edilib.

Axar.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı bildirib.

Nurullah Məmmədxanlı qeyd edib ki, Bakı Metropoliteninin mühafizə zonasına daxil olan ərazilərdə heç bir toplantının keçirilməsinə icazə verilmir. Bu, qanunla qadağandır. Yenə də həmin ərazilərdə qanunsuz aksiyanın keçirilməsi üçün insanlara müraciət edirlər. Polis digər hüquq-mühafizə orqanları ilə birgə çox qətiyyətli tədbir görəcək. Həmişə olduğu kimi, şəhərin ərazisində heç bir qanunsuz aksiyanın keçirilməsinə imkan verilməyəcək:

“Bir daha xəbərdarlıq edirik ki, belə olan halda bu məsuliyyət həmin təşkilatçıların üzərində qalacaq və qanunun icazə verdiyi ən sərt tədbirlər o insanlara qarşı görüləcək. Mitinq təşkilatçılarının çağırışlarına inananlara, gənclərə müraciət etmək istəyirəm ki, aldanmasınlar. Metronun "28 May" stansiyasının qarşısındakı meydan aksiya keçirmək üçün münasib bir yer deyil. İsrarla əgər metronun "28 May" stansiyasının qarşısındakı meydanda, qadağan olunmuş yerdə qanunsuz aksiyanı keçirmək istəyirlərsə, deməli, onların məqsədi mitinq keçirmək deyil, təxribat törətmək, şəhərdə ictimai asayişi pozmaq, qarşıdurma yaratmaqdır. Əgər belə olmasaydı, onlar müəyyən olunmuş yeri qəbul edərdilər”.

Tarix
2019.10.18 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla