Yuxarı

Əli Kərimlinin mitinq üçün kimdən icazə aldığı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

19 oktyabrda Bakının mərkəzində radikal müxalifətin-Milli Şuranın keçirmək istədiyi aksiya heç də icazəsiz deyilmiş. Bu aksiyanın icazəsi lap uzaqlardan alınıbmış və icazə verənlərlə icazə alanların məqsədləri də hamıya məlumdur.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, mitinqin kimlərdən icazəli olduğunun isbatı isə xarici diplomatlarla aparılan danışıqların aşkarlanması çıxması zamanı üzə çıxmış oldu: “Bu zaman “İcazə verənləri Azərbaycanda narahat edən nədir” sualı meydana gəlir. Təbii ki, ölkə başçımız İlham Əliyevin “Valday” və Aşqabad görüşlərində səsləndirdiyi fikirləri beynəlxalq səviyyədə rezonans doğurmuş, bir çox qüvvələri narahat etmişdi. Həm ölkəmizin iqtisadi gücü, həm regional və beynəlxalq transmilli layihələrdə iştirakımız, həm dünyada artan nüfuzumuz, həm ölkəmizdəki siyasi sabitlik və sosial məmnunluq, dinmaik inkişafımız və prezdentimizin son görüşlədə Qarabağla bağlı səsləndirdiyi sərt və ciddi mesajlar. Bəzi beynəlxalq güclər maraqlıdırlar ki, Azərbaycanda siyasi sabitlik pozulsun, hərc-mərclik və xaos yaransın, ölkə müstəqil dövlət kimi məhv olunsun və ərəb ölkələrdə olduğu kimi, təbii sərvətlərimizi talan etsinlər. Bəzi beynəlxalq strukturlar hələ də təəccüb içindədirlər ki, necə olur Azərbaycan kimi balaca bir ölkə dünyada öz mövqelərini bu şəkildə möhkəmlədə bilir? Təbii ki, bu uğurlarımız Heydər Əliyev siyasətinin uğurla davamının məntiqi nəticəsidir.

Deputat aksiyaya cəhdi diqqətlə izləyib və belə bir nəticəyə gəlib: “Aksiyaya qoşulan bəzi insanların bir hissəsi burada nə baş verəcəyini gözləyən izləyicilər idi. Digər hissəsi isə radikal qruplar tərəfindən cəlb olunmuş və özləri nə istədiklərini bilməyən şəxsləriydi. Şüarlarına və səsləndirdikləri fikirlərinə baxanda o insanlar haqıında düşünürsən ki, bunlar həqiqətən Qarabağı istəyirlərmi və yaxud, “uşaqpulu”nu niyə şüar edirlər?!

Birincisi, onu qeyd etmək istəyirəm ki, Qarabağı istəyən və Qarabağın azad olunması haqqında şüarları və digər şüarlarını dövlətin mitinqə icazə verdiyi yerdə də səsləndirə bilərdilər. Amma oraya gedən tapılmır. İcazə verilmiş yer Qaradağ rayonda yerləşirdi. Əgər o şəxslər Qaradağa getməyə adam tapmırlarsa, o zaman Qarabağa kimlərlə gedəcəklər?! Məqsəd burada Qarabağ deyil, Bakının mərkəzində ictimai asayişi pozmaq, polisi bu işə cəlb etmək, polislə selfi çəkdirmək və bütün dünyaya “youtube” vasitəsilə guya ki, Azərbaycanda aksiyaya qarşı polisin divan tutduğu adı ilə car çəkmək. Təbii ki, Avropada və dünyanı ayrı-ayrı bölgələrində polisin aksiya iştirakçılarına qarşı işlətdiyi müxtəlif işgəncələr bütün dünya mətbuatını zəbt edib və bu gün Azərbaycan polisinin çox mədəni və alicənablıqla aksiyaya cəhd edən insanları qanuna hörmət etməyə dəvət etməsi heç kimə maraqlı olmadı.

Amma son aksiyanın təşkilatçılarının istəklərinin ürəklərində qaldığı bir daha özünü göstərdi. Biz müstəqil, hüquqi dövlət qurmuşuq. Dünyada 5 minə yaxın xalq yaşayır. Onlardan anacaq 200-ə yaxınının müstəqil dövləti var. Azərbaycan xalqı çox xoşbəxtdir ki, bu 200-ə yaxın dövlət arasında həm iqtisadiyyatına, həm sosial vəziyyətinə, həm də dünyadakı nüfuzuna görə öndə gedir.

Eyni zamanda, dünya ölkələrində də baş verən prosesləri izləməliyik və nəticə çıxarmalıyıq. Çoxlu ölkələr var ki, təbii resurslar baxımından bizdən dəfələrlə zəngindirlər, ölkələri də böyükdür, ancaq o ölkələrdə həyat səviyyəsi çox aşağıdır və insanları canlarını qurtarmaq üçün bütün dünyaya səpələniblər. Bəzi ölkələr də var ki, o ölkələrdə içməli su belə tapılmır. Azərbaycanda isə əmin-amanlıq, sabitlikdir, iqtisadiyyatımız inkişaf edir, insanların sosial rifahı günü-gündən yaxşılaşır, dövlət başçısından tutmuş vətənini sevən hər kəsi də torpaqlarımızın işğal altında qalması narahat edir”.

Azər Badamov qeyd edib ki, torpaqlarımız da işğaldan azad olunacaq, sosial vəziyyətimiz də daha da yaxşılaşacaq, əmin-amanlıq da daha möhkəm şəkildə qorunub saxlanlacaq. Bunun üçün biz ölkəmizi, dövlətimizi, prezdentimiz sevməliyik.

Tarix
2019.10.22 / 00:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla