Diqqət: Uşaqlarınızın fotolarını paylaşmayın!
02:18
Ana səhifə Toplum |
Bakıda 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşlar təhlükəsiz əraziyə köçürülüblər.
Axar.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.
Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Keçirilmiş əməliyyat zamanı 5 nəfər təhlükəsiz əraziyə köçürülüb.
Tarix
2015.01.25 / 10:11
|
Müəllif
Axar.az
|