Yuxarı

FHN-in idmançılarından böyük uğur - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in idmançılarından böyük uğur - Foto

31 oktyabr 2019-cu il tarixində İtaliyanın Bari şəhərində parataekvondo üzrə sayca 8-ci Avropa çempionatı keçirilib.

Axar.az xəbər verir ki, 18 ölkədən 250-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin əməkdaşı, 4 qat dünya, 2 qat Avropa çempionu, prezident mükafatçısı parataekvondoçu Aynur Məmmədova yüksək nəticə göstərərək +58 kq çəki dərəcəsində bütün döyüşlərdə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. İdmançımız 2020-ci ildə keçiriəcək Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

1-3 noyabr 2019-cu il tarixlərində Makedoniyanın Skope şəhərində keçirilən, 20 ölkədən 1400-dən çox idmançının iştirak etdiyi Karate Do Şotokan idman növü üzrə Avropa çempionatında iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Gülnarə Əliyeva +55 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

12 noyabr 2019-cu il tarixində FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları qəbul edərək, onları qazandıqları naliyyətlərə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Tarix
2019.11.12 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla