Yuxarı

Zakir Həsənov iki yüksək rütbəli zabiti ehtiyata buraxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxtəlif dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif strukturlarında və xarici ölkələrində hərbi attaşesi vəzifələrində çalışmış yüksək rütbəli iki zabit ordu sıralarından ehtiyata buraxılıb.

APA-nın verdiyi məlumata görə, bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin Almaniya və İspaniyada keçmiş hərbi attaşesi, general-mayor Vaqif Rəsulov və Azərbaycanın Ukrayna və Türkiyədəki keçmiş hərbi attaşesi, polkovnik Tofiq Qasımov ordu sıralarından ehtiyata göndərilib.

Fakt Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqlənib. Nazirlikdən bildirilib ki, hər iki hərbi qulluqçu müvafiq qaydada ehtiyata buraxılıb.

Qeyd edək ki, general-mayor Vaqif Rəsulov hərbi attaşe vəzifəsindən əvvəl Müdafiə Nazirliyinin İnformasiya idarəsinin rəisi, polkovnik Tofiq Qasımov isə Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsində çalışıb.

Tarix
2015.01.31 / 14:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla