Yuxarı

Əlibəyli ilə müqavilə ləğv edildi, verilişi bağlandı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlibəyli ilə müqavilə ləğv edildi, verilişi bağlandı - Rəsmi

Tanınmış aparıcı Elçin Əlibəylinin sosial şəbəkə hesabında Speys TV-nin efirində getdiyini iddia etdiyi video-paylaşıma televiziyadan rəsmi cavab verilib.

Speys TV-nin mətbuat xidmətindən Axar.az-a daxil olan açıqlamada bildirilir ki, “El bizim, sirr bizim” verilişinin aparıcısı Elçin Əlibəyli sosial şəbəkələrdə normal düşüncəyə və sağlam məntiqə sığmayan video-çağırış yayıb.

“Hesab edirik ki, bu çağırışla Elçin Əlibəyli özüylə bağlı gülünc fikir yaradıb və belə bir şəxsin Speys TV-də işləməsi tamaşaçılara sayğısızlıq ola bilər. Buna görə onunla bağlanmış müqavilə Speys TV tərəfindən ləğv edilir”, - rəsmi açıqlamada bildirilib.

Qeyd edək ki, iki gün öncə Elçin Əlibəyli Speys TV-nin efirində apardığı “El bizim, sirr bizim” verilişinin çəkilişində vətənimizi və Azərbaycan televiziya məkanını aşağılayan çıxışını paylaşmışdı:

“Xəbəriniz var kimin vətəninə çevrilmişik? Üç badam, bir qozun vətəninə çevrilmişik. İstəməzdim belə olsun. Bu, mənim sizinlə sonuncu görüşümdür. Mən də öz sənətimə, peşəmə dəyər verdiyim üçün “Sənətin, peşənin aşağılandığı yerdə olmaram” şüarını irəli sürürəm. Burada sizinlə, televiziya ilə vidalaşıram”.

Speys TV-nin rəsmisi Kamil Şahverdi E.Əlibəylinin bu sözlərinin efirə getmədiyini, montaj olunan hissənin sosial şəbəkədə yayılma səbəbini araşdırdıqlarını bildirmişdi.

Tarix
2019.11.18 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla