Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
7 Dekabr 2019


“Nar” abunəçilərini arzuolunmaz mesajlardan qoruyur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müştəriyönümlu strategiyası ilə seçilən “Nar”, təklif etdiyi məhsul və xidmətlərini abunəçilərdən gələn sorğular əsasında davamlı olaraq inkişaf etdirir. Mobil operator istifadəçilərin ehtiyac duyduğu əlavə xidmətləri yüksək keyfiyyətdə təqdim etməklə yanaşı, şirkətin şəffaflıq prinsipinə uyğun olaraq abunəçilərini istənilməyən qoşulmalardan da qoruyur.

Axar.az xəbər verir ki, mobil operator arzuolunmaz SMS göndərişləri, vebsəhifələrdən avtomatik qoşulma, səsli bələdçi xidməti ilə yönləndirmələr kimi müştəri təcrübəsinə mənfi təsir edə biləcək xidmətlərin abunəçilərə təqdim edilməməsi üçün lazımi tədbirlər görür. “Nar” abunəçiləri narahat edə biləcək xidmət göstərən məzmun təminatçısı şirkətləri ilə əməkdaşlıq etmir. Bu isə “Nar” abunəçilərinə yalnız şəxsi seçim əsasında ehtiyac duyduqları xidmətləri aktivləşdirmə imkanı verir.

“Müştərilərimizin istifadə etdikləri xidmətlər, eləcə də bu xidmətlərə qoşulma üsullarında tam şəffaflığın təmin edilməsi “Nar”ın müştəriyönümlü strategiyasının əsas tərkib hissələrindən biridir. Məqsədimiz müştərilərimizi spam xarakterli arzuolunmaz qoşulmalardan qorumaqdır. Uzun müddətdir ki, biz bu istiqamətdə çalışırıq və hələ ötən il işlərimizin böyük bir qismini tamamlamışdıq. Bu gün isə böyük məmnuniyyətlə bildiririk ki, artıq bu göstəricini sıfır həddinə çatdırmağa nail olmuşuq. “Nar” müştəriyönümlü strategiyasına sadiq qalaraq, hər zaman abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməyə davam edəcək”, - deyə “Azerfon”un Kommersiya İdarəsinin direktoru Qəhrəman Kazımov bildirib.

Abunəçilər yarana biləcək istənilən sualla bağlı “777” qısa nömrəsinə zəng edərək 24/7 rejimində çalışan Müştəri Xidmətlərinə, “Nar” ın Feysbuk, Tvitter və İnstaqram səhifələrinə, onlayn çata müraciət edə və qısa müddət ərzində sorğularına cavab ala bilərlər. Bundan başqa, “Nar+” mobil tətbiqinin “İstifadə tarixçəsi” bölməsindən də sərfiyyat haqqında lazım olan bütün informasiyanı əldə etmək mümkündür.

Qeyd edək ki, “Nar” həyata keçirdiyi müştəriyönümlü strategiya və təqdim etdiyi yüksək keyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq mobil operatorlar arasında müştəri loyallığı indeksi üzrə birinci olub.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2019.11.20 / 16:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ölkənin minimum 20-25 faizi meşə ilə örtülməlidir - Abdiyeva

Abramov: Əzrayıla deyəcəm, mənə imkan ver... – Video

Bakıda tramvay nəqliyyatı bərpa olunur - Video

“Azercell” “İki cahan”ın təqdimatını keçirdi

"Ermənilər Bakıda" videosunu çəkənlər üzr istədi - Video

Bakıda bu işçilərin maaşı artırıldı

Ağacların əkildiyi ərazilərdə monitorinqlər keçiriləcək

Ağacəkmə aksiyasında daha çox fəallıq göstərən - Rayonlar

Bibisinin evindən oğurluq etdirən qız tutuldu - Foto

Gəncəliyev Brüsseldə buna etiraz etdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla