Yuxarı

Qonşularımızın çöküşünün Azərbaycana şok təsiri – Rəy

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşularımızın çöküşünün Azərbaycana şok təsiri – Rəy

"Qeyri-neft sektorunda atılan addımlar hələlik neftlə müqayisədə cüzidir".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı İlham Şaban söyləyib.

O, neft qiymətinin dünya bazarında ucuzlaşmasının Azərbaycana ciddi təsir etdiyini və hökumətin bu təsirləri azaltmaq üçün atdığı addımları gündəmə gətirib:

"Hökumət bu təsirin qarşısını almağa çalışacağını söyləyir. Yəni nə əmək haqlarında, nə sosial layihələrdə bunun özünü göstərməsinə icazə verməyəcəyini bildirir. Ancaq dünyada, qonşu ölkələrdə gedən mənfi proseslər bu təsirlərin gün-gündən artdığına dəlalət edir. Ona görə də manatın kursuyla bağlı ölkədə birdən-birə həm içkiylə, həm siqaretlə, həm avtomobillərlə, eyni zamanda, benzinlə bağlı aksiz dərəcələrinin artırılması aradan götürülmədir. Bunlar yeni vergilərdir. Yeni vergilər isə o deməkdir ki, ölkənin büdcəsi artıq əvvəlki vəsaitləri almır. Qeyri-neft sektoru onu ödəmək iqtidarında deyil. Deyilənlər hələ ki, bəyanatdır. Bu gün Sumqayıtda açılan obyektlər və yaxud hər hansı qeyri-neft sektorunda atılan addımlar hələlik neftlə müqayisədə cüzidir. Buna görə də qiymətlərin artımı müşahidə olunacaq".

İqtisadçı qonşu ölkələrdə olan iqtisadi proseslərin Azərbaycana güclü təsir etdiyini bildirib:

"2012-ci ildən başlayaraq İrana sanksiyalar gücləndirildi. Əgər İranla o vaxt rəsmi ticarət əlaqəsi 550 milyon dollar idisə, sanksiyalardan sonra bu məbləğ 220 milyon dollara düşmüşdü. Bütün cənub zonasındakı insanlar özlərinin ilkin tələbat mallarının çox hissəsini İrandan götürürdülər. Ancaq indi bu bahalaşma prosesinə və dollar məsələsinə görə burada böyük baryerlər var. Rusiya amili də güclüdür. Rublun ucuzlaşması ucbatından Rusiyada yanvar ayının rəsmi statiskasına əsasən, məhsulların qiyməti 22% bahalaşıb. 2013-cü ildə Rusiyadan Azərbaycana 1 milyard dollar bank köçürmələri ilə vəsait gəlmişdi. 2015-ci ildə bu rəqəm 500 milyondan da aşağı düşə bilər. Real fakt budur ki, həm Rusiyada biznesin özü azalır, həm də ki, rubl dəyərini itirir. Gürcüstanın özündə də lari 1.74-dən 1.91-ə gəlib çatıb. Bu o deməkdir ki, orada da inflyasiya gedir. Türkiyədə də müəyyən dərəcədə proseslər gedir. Bütün bunlar isə hələlik Azərbaycana yalnız kənardan olan təsirlərdir".

Tarix
2015.02.03 / 15:02
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika

Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto

Şimali Kipr lideri Azərbaycan nümayəndələrini qəbul etdi

​5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?

İlham Əliyev Daşkənddə ziyafətdə - Video

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

Əliyev Daşkənddə tədbirdə: Alim Qasımov mükafatlandırıldı

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla