Yuxarı

Şeyxin adamının evi niyə yarıldı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyxin adamının evi niyə yarıldı?

Azərbaycanda din adamlarının evlərinin qarət olunması tendensiyaya çevrilir.

Axar.az xəbər verir ki, son bir həftədə iki ilahiyyatçının mənzilindən külli miqdarda qiymətli əşya aparılıb.

Əvvəlcə, ilahiyyatçı Elşad Mirinin evi yarılıb. E.Miri ANS-ə deyib ki, evdən əllərinə keçən pul, qızıl, bahalı əşya və texnikaları aparıblar. Polis araşdırmalarından sonra ona dəyən ziyanın 50 min manat olduğu müəyyənləşdirilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Salyan və ətraf 6 rayon üzrə qazısı Hacı Hüsnü Həsənovun evindən isə külli miqdarda qızıl-zinət əşyaları və şəxsi silahı oğurlanıb.

H.Həsənov APA-ya deyib ki, yanvarın 31-də səhər saatlarında naməlum şəxs və ya şəxslər pəncərədən evə girib. Oğrular evdən təxminən 100 min manat dəyərində qızıl-zinət əşyaları və rəsmi sənədi olan "Vinçester" markalı silahını aparıblar. Həmin vaxt ailəsi ilə İranda müalicə aldığını deyən QMi nümayəndəsi bildirib ki, hadisə baş verərkən evdə heç kim olmayıb.

Bu hadisələrin bir-biri ilə rabitəsi olmasa da, ardıcıl baş vermələri şübhə doğurur. Ehtimal olunur ki, ya hər iki evi yaran eyni qruplaşmadır, ya da oğrular din adamlarının daha dövlətli olduğunu güman edirlər.

Tarix
2015.02.04 / 00:19
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla