Yuxarı

Bakının bütün küçələrinə yol polisləri yerləşdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bütün küçələrinə yol polisləri yerləşdirildi

Paytaxtın küçə və prospektlərində avtomobillərin dayanma, durma, parklanma qaydalarının pozulmasının qarşısının alınması ilə bağlı daha ciddi addımların atılması zərurəti yaranıb.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, Bakıda şəhərin xüsusən mərkəzi küçələri ilə hərəkət edərkən dayanma, durma, parklanma qaydaları pozulduğu üçün süni sıxlıq və tıxaclar yaşanır: "Baxmayaraq ki, gün ərzində bununla bağlı yol polisi tərəfindən orta hesabla sürücülərə 300-dən artıq inzibati protokol tərtib edilir, yenə də analoji qayda pozuntularının sayı azalmır. Elə təkcə ötən həftə ərzində tərtib edilmiş inzibati protkolları təhlil etdikdə görmək olur ki, xüsusən taksi fəaliyyəti və digər fəaliyyət növləri ilə məşğul olan təxminən 60-a yaxın sürücü bir həftə ərzində 3 dəfə təkrarən eyni xətanı törədib və cəzalandırılıb. Bu isə ciddi narahatlıq doğurur. Beləliklə, daha ciddi addımların atılması zərurəri yaranıb".

V.Əsədov bildirib ki, bununla əlaqədar BŞDYPİ-nin əməkdaşlarından ibarət xüsusi qrup yaradılıb: "Yol polisi əməkdaşları paytaxtın küçə və prospektlərində yol nişanlarının təsir zonasında dayanma, durma, parklanma tələblərinin pozulmasının qarşısının alınmasının məqsədilə gün ərzində nəzarəti gücləndirmiş formada xidmət aparırlar. Artıq siyahı hazırdır. Konkret olaraq hər kəs müəyyən küçə və prospektlərə təhkim edilib və dislokasiya üzrə xidmət aparılır. Bir daha xatırladırıq ki, qanunun tələblərinin yerinə yetirilməsi bütün hərəkət iştirakçılarının ləngimədən, vaxt itirmədən, fasiləsiz, rahat, təhlükəsiz mənzil başına çatmasını təmin etməyə gətirib çıxarır. Görülən bu tədbirlər də paytaxt sakinlərinin məhz yollarda rahatlığı naminə edilir".

Tarix
2015.02.04 / 10:48
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın Əliyevə xüsusi simpatiyası var - Brayza

Avropadan Zəngəzur dəhlizinə dəstək: Müddət 25% azalacaq!

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla